Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK - RƏSMİ

Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək:
Bu barədə BAKU.WS-ə Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.
Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, Şamaxı və Lerikdə 15 m/s təşkil edir:
"Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gündüz saatlarından etibarən küləyin güclənəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur".
Xidmət rəsmisi bildirib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları, hava proznozlarını diqqətlə izləməli, müvafiq təhlükəsizlik qaydalarına riayət etməli və ehtiyatlı davranmalıdır.
Oxşar xəbərlər
Ağcabədi sakini: "Sudan çox korluğumuz var, zülm çəkirik"
Ağcabədi rayonunun Poladlı kənd sakinləri uzun müddətdir davam edən su problemi ilə üz-üzədirlər. Onların sözlərinə görə, kəndin böyük hissəsinə illərdir su ver...
