Koronavirus yenidən YAYILIB? - infeksionist AÇIQLADI

Koronavirus yenidən YAYILIB? - infeksionist AÇIQLADI
Açıqlama
Sosial 77

Son günlər ölkədə respirator xəstəliklərin artması ilə bağlı narahatlıq yüksəlib. Xüsusilə uşaqlar və böyüklər arasında sürətlə yayılan mövsümi infeksiyalar valideynləri və ictimaiyyəti təşvişə salıb.

BAKU.WS xəbər verir ki, bu barədə həkim-infeksionist Vasif Əliyev açıqlama verib.

Onun sözlərinə görə, hazırda yayılan virusların hansı növə aid olduğunu dəqiq demək mümkün deyil. Aparılan xüsusi testlər olmadığı üçün virusun koronavirus, qrip və ya digər respirator infeksiya olub-olmadığına dair rəsmi məlumat yoxdur:

Koronavirus yenidən YAYILIB? - infeksionist AÇIQLADI

"Son günlər respirator infeksiyasının sayında artım müşahidə olunur. İstər uşaqlar, istərsə də böyüklər arasında yayılan bu virusun konkret olaraq koronavirus, qrip olması barədə bir şey demək olmur. Hər hansı bir test aparılmadan hansı virusun daha basqın olduğunu görmək mümkün deyil.

Belə bir test Azərbaycanda aparılmadığına görə bizə də rəsmi məlumat verilməyib. Amma bütün bu virusların əlamətləri - qızdırma, öskürək, burun axıntısı, qarın ağrısı eynidir. Bu cür əlamətləri olan uşaqlar və böyüklər mütləq izoliyasiya olunmalı, həkim nəzarətində müalicə almalıdır. Ehtiyac olarsa, antibiotik tətbiq oluna bilər."

Şahanə Xankişiyeva

Son xəbərlər