Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub
Milli Məclis Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin olunmasını təsdiqləyib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.
Sənəd səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Konstitusiya Məhkəməsinə hakimlərin təyin edilməsi haqqında qərar layihəsinə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq.
Məlumat üçün bildirək ki, R.Rzayev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri, R.Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəri olub. Otari Qvaladze və Fərhad Tutayuk isə Prezident Administrasiyasında çalışıblar.
Oxşar xəbərlər
Ceyranbatan su anbarı ilə bağlı qalmaqallı məlumatlar gerçəkdir?
Ceyranbatan su anbarı Abşeron yarımadasının əhəmiyyətli hissəsini - Bakı, Sumqayıt şəhərlərini, ətraf qəsəbələri içməli su ilə təmin edir. Bəs buradan evimizə,...