Komitə sədri: "Qohum evliliyi qadağasını nəzərə almayanlar mütləq şəkildə cəzalandırılacaqlar"

"Qohum evliliyi qadağası bu vaxtadək baş verən bir çox xoşagəlməz hadisələrin azalmasına gətirib çixaracaq".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında qohum nikahları ilə bağlı qadağanın qüvvəyə minməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, prosesi tənzimləməyə cavabdeh qurumların əlaqəli fəaliyyəti, o cümlədən medianın dəstəyi, ictimai rəyi formalaşdıran insanların iştirakı və töhfəsi faydalı olacaq:
"Artıq qohum evlilikləri ilə bağlı qanunazidd əməl mütləq şəkildə məsuliyyət yaradır. Daha əvvəl maarifləndirmə ilə məşğul olurduqsa, indi konkret qadağaları əsas gətiririk. Bu əməli törədənlər, qanunun müəyyən etdiyi normanı nəzərə almayanlar mütləq şəkildə cəzalandırılacaqlar".
Oxşar xəbərlər
Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi araşdırılacaq
Sentyabrın 15-də Türkmənistan Xarici İşlər Nazirliyində (XİN) Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) 11-ci iclası öz işinə başlayıb. BAKU.WS "R...
