Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb
Azərbaycanda erkən nikahların sayı əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb.
BAKU.WS xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Tamilla Əliyeva Dost tv-nin efirində deyib.
Onun sözlərinə görə, bu statistika evliliyə müraciətlə bağlı qeydiyyat şöbələrindən və 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayına əsaslanır:
"Dövlət Statistika Komitəsinin məlumatına görə, məsələn, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq, 2023-cü ildə 1742, 2024-cü ildə isə 1279-a qədər azalıb. Əvvəlki illərdə biz təxminən 4 000 rəqəmini də görə bilirdik. Düzdür, yenə bu hallara rast gəlinir. Tam qarşısının alınması istiqamətində əlavə tədbirlər görülür".
Komitə rəsmisi qeyd edib ki, artıq cəmiyyətdə erkən nikahlara qarşı mənfi münasibət var və belə hallarda aidiyyəti qurumlara müraciətlər daxil olur:
"Hər şeyi dövlətin üzərində qoymaq lazım deyil. Hər bir vətəndaşın bu prosesdə iştirakı çox vacibdir".
Oxşar xəbərlər
Azərbaycanda ortaaylıq əməkhaqqı artıb
Azərbaycanda ortaaylıq nominal əməkhaqqı artıb. Bu barədə BAKU.WS-ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, 2026-cı ilin yanvar-may aylar...