Komissiya üzvü məsələyə aydınlıq gətirdi: Mayda əfv sərəncamı olacaq?

2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi fonunda cəmiyyətdə əfv gözləntiləri artsa da, bu, yalnız Azərbaycan Prezidentinin qərarından asılıdır.
Bu barədə Əfv Məsələləri Komissiyasının (ƏMK) üzvü Əliməmməd Nuriyev məlumat verib.
Onun sözlərinə görə, hazırda ƏMK-nın iclasları davam edir. Artıq altı iclas keçirilib, qarşıda növbəti iclas gözlənilir.
"Bu iclasların keçirilməsi mümkün əfv sərəncamı üçün ilkin mərhələ kimi dəyərləndirilə bilər. Lakin yekun qərarın tarixi barədə qəti fikir söyləmək hüquqi baxımdan məqsədəuyğun deyil. Çünki bu, Prezidentin müstəsna konstitusiya səlahiyyətidir və son qərar məhz onun tərəfindən qəbul edilir", - deyə Ə.Nuriyev bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Azərbaycan nəqliyyat sektorunu təmiz və ağıllı sistemə çevirmək niyyətindədir
Azərbaycan yaxın illərdə nəqliyyat sahəsini müasir texnologiyalar əsasında daha təmiz, ağıllı və dayanıqlı bir sistemə çevirmək niyyətindədir. BAKU.WS report-a...
