KOBİA "yaşıl iqtisadiyyat"a və iqlim dəyişikliyi ilə mübarizəyə dair qlobal təşəbbüslə çıxış edib
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların "yaşıl iqtisadiyyat"da və iqlim dəyişikliyi ilə mübarizə məsələlərində rolunun artırılması üçün qlobal təşəbbüslə çıxış edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.
"KOB-ların "yaşıl biznes" proseslərini tətbiq etməsi onların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasında, xarici investisiyaların cəlb edilməsində əhəmiyyətli rola malikdir. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrupu çərçivəsində müxtəlif dövlət və özəl sektor nümayəndələri ilə birgə "yaşıl biznes"in təşviqi üzrə fəaliyyət həyata keçiririk. Qısamüddətli hədəflərimizdən biri həm yerli, həm də beynəlxalq müstəvidə ilk təcrübə olaraq "yaşıl biznes", eləcə də ESG standartlarının hazırlanmasıdır", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Vəfat edən şəxsin pensiyasını almaq üçün bilməli olduğumuz ŞƏRTLƏR
Rəsmi statistikaya görə, Azərbaycanda 2024-cü ildə vəfat edən şəxslərin 40 faizinin yaşı 65-dən az olub. Qeyd olunan dövrdə dünyasını dəyişən kişilərin 47 faizi...