KOBİA-nın maliyyələşdirdiyi qrant layihələrinin ümumi dəyəri 2 milyon manatı keçib

İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2,2 milyon manat dəyərində qrant layihələri maliyyələşdirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümmətov Bakıda keçirilən "İnnostart" layihəsinin yekun tədbirində bildirib.
Onun sözlərinə görə, layihələrin 20-dən çoxu rəqəmsallaşma ilə bağlıdır.
"Bununla yanaşı, bu günə qədər 220 ədəd startap şəhadətnaməsi verilib.
Startap şəhadətnamələrinin təqdimatı tam ədalətli və ekspertlər şurasının qiymətləndirməsi əsasında həyata keçirilir", - deyə KOBİA rəsmisi əlavə edib.
Qrant müsabiqələrinin keçirilməsi, layihələrin ekspertizası, maliyyələşdirilməsi, monitorinq və hesabatlılıq məsələləri Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası"na uyğun həyata keçirilir.
Qaydaya əsasən, müsabiqəyə təqdim olunan layihələri müxtəlif dövlət və özəl qurumları təmsil edən 7 nəfərdən ibarət Ekspert Komissiyası 14 meyara (layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər) uyğun olaraq qiymətləndirir. Müsabiqənin nəticələri, o cümlədən qalib gəlmiş KOB subyekti, onun layihəsi və ayrılmış qrant barədə məlumatlar Agentliyin saytında yerləşdirilir.
Oxşar xəbərlər
Yeni mövsüm yaxınlaşır - Məktəb ləvazimatlarının QİYMƏTLƏRİ
2025-2026-cı tədris ilinə sayılı günlər qalıb və birinci siniflərə qəbul prosesi davam edir. Ailələr həm yeni təhsil ilinə başlamağın həyəcanını, həm də məktəb...
