KOBİA İdarə Heyətinin sədri AZCHEMCO pavilyonunu ziyarət edib
Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) səfəri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov maye və suda həll olunan gübrələrin Azərbaycan istehsalçısı olan AZCHEMCO şirkətinin pavilyonunu ziyarət edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, gələn qonaqlara AZCHEMCO şirkətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində şoran torpaqların bərpası və kənd təsərrüfatına qaytarılması layihəsinin tarixindən bəhs edən videoçarx nümayiş etdirilib.
Şirkət nümayəndələri tərəfindən bu layihə üzrə əldə edilmiş uğurlar təqdim edilib. Burada "Azelab" və "Intertek" laboratoriya tədqiqatları əsasında torpağın şoranlıq göstəricisinin 3.6-dan 0.3-ə qədər azalması aşkar edilib. Bu da şoran torpağın kənd təsərrüfatında istifadə edilə biləcəyini təsdiqləyir.
Səfərin sonunda Orxan Məmmədov bərpa olunmuş torpaqda çiyələk şitili əkib.
Qalereya
Oxşar xəbərlər
Müharibə veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycanda əhalini sevindirəcək böyük sosial islahat paketi həyata keçiriləcək. Bu paketə bir sıra müavinətlərin artırılması da daxildir. BAKU.WS-in məlumatı...