Kirayə yolu ilə ev almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Kirayəçilər üçün yeni fürsət: 213 milyonluq mənzil alışı – Sumqayıt və Abşeron əhalisini sevindirəcək layihə
BAKU.WS-in məlumatına görə, "Satmaq öhdəliyi ilə kirayəyə vermə" mexanizmi çərçivəsində vətəndaşlara mənzil təminatı ilə bağlı yeni dövlət addımı atılıb.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bu mexanizm üzrə yaşayış sahələrinin alınması üçün tender elan edib.
Satınalma prosesinə əsasən, təxminən 213 milyon 666 min manat dəyərində mənzillər alınacaq.
Layihə Sumqayıt şəhəri və Abşeron rayonuna yaxın yaşayış massivlərini əhatə edəcək.
Layihənin əsas məqsədi – vətəndaşların uzunmüddətli və sərfəli şərtlərlə mənzillə təmin edilməsidir. Alınacaq mənzillər kirayə müqaviləsi əsasında vətəndaşlara təqdim ediləcək, müəyyən müddət sonra isə həmin mənzili almaq imkanı yaranacaq.
Bu addım həm də yaşayış komplekslərinin inkişafı, tikinti sektorunun canlanması və sosial rifahın yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib
Bakıda 8 Noyabr - Zəfərin beşinci ildönümünə həsr olunmuş atəşfəşanlıq keçirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, Zəfər Günü ölkəmizin bütün bölgələr...