Kirayə mənzil elanındakı ayrı-seçkilik sakinlərin narazılığına səbəb oldu
14
iyl
2026
08:25
Kirayə mənzil axtaranlar üçün yayımlanan elan cəmiyyətdə müzakirələrə səbəb olub.
Elan müəllifi açıq şəkildə qazilərə, veteranlara və gəncəlilərə ev verməyəcəyini bildirib.
Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
"Qazilərə birinci növbədə ev verilməlidir. Mənim 80 yaşım var. Cavan olsaydım, vallah, canımı da, maaşımı da verərdim", - deyə sakinlərdən biri bildirib.
"Ən çox ehtiyacı olanlar kimlərdir? Qazilər və gənclər. Mənə elə gəlir ki, burada etibarsızlıqdan söhbət gedir", - deyə digər sakin qeyd edib.
Oxşar xəbərlər
Yenicag.az saytının 19 yaşı tamam olur
Bu gün Yenicag.az saytının 19 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" qəzetinin...