Keçmiş vəkil Adəm Məmmədov həbsdən buraxılıb
Həbsdə olan keçmiş vəkil Adəm Məmmədov azadlığa buraxılıb.
BAKU.WS-in APA-ya istinadən xəbərinə görə, bu barədə vəkili İmran Ələkbərov məlumat verib.
Adəm Məmmədovun həbs müddəti başa çatdığı üçün o bu gün 9 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib.
Xatırladaq ki, Adəm Məmmədov bu il martın 5-də həbs edilib. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.
Adəm Məmmədov vəkil Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, məhkəmə C.Yusifovun müraciəti əsasında A.Məmmədovun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə, vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27.11.2024 tarixdən 1 illik dayandırılmışdı.
Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin ötən ay keçirilən iclasında məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub.
Oxşar xəbərlər
Paytaxtda şəhidin adını daşıyan küçə baxımsız qalıb
Bakıda Şəhid İsmayıl Kərimlinin adını daşıyan küçə baxımsız vəziyyətdədir. Sakinlərin Baku TV-yə sözlərinə görə, təxminən 450 metr uzunluğunda olan yol illərdir...