"Kaspi Kids"də müəllimin şiddət göstərdiyi azyaşlı 2 saat köməksiz vəziyyətdə qalıbmış - TƏFƏRRÜAT
Sosial şəbəkələrdə Lənkəran şəhərində yerləşən "Kaspi Kids" uşaq bağçasında azyaşlılara qarşı şiddət göstərilməsi ilə bağlı videogörüntülər geniş müzakirələrə səbəb olub.
Paylaşımda müəllimin uşağın başına vurduğu və nəticədə balacanın başının qanadığı qeyd olunub. Uşağın atası bildirib ki, hadisə barədə ona günorta saatlarında xəbər verilib:
"Mən işdə idim. Evdən zəng edib dedilər ki, uşaq başından xəsarət alıb. Kursa getdim, videogörüntülərlə tanış oldum. Müəllim özü etiraf etdi ki, uşağı o vurub. Kadrlarda da görünür ki, müəllim bilərəkdən iki dəfə suqabı ilə övladımın başına zərbə endirib. Vurduqdan sonra isə kömək etməyib. Uşaq iki saata yaxın ağlayıb və köməksiz vəziyyətdə qalıb".
Azyaşlının nənəsi isə bildirib ki, nəvəsi əvvəllər də müəllimin onu döydüyünü deyib, lakin onlar buna inanmayıblar:
"Dəfələrlə evə gəlib deyirdi ki, məni Arzu müəllimə döyüb. Biz inanmırdıq. Elə vurmuşdu ki, nəvəm yemək belə yeyə bilmirdi".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub
Mingəçevirdə sahibsiz itlərin sayı artıb. Sakinlər deyirlər ki, həm gecə, həm də gündüz saatlarında Kür çayının sağ və sol sahillərində yerləşən küçələrdə sahib...