İstirahət mərkəzlərinə yollayışlar zamanı bu şəxslərə güzəştlər nəzərdə tutulub - RƏSMİ
Son zamanlar sağlamlıq və istirahət mərkəzlərinə yollayışların qiyməti və əlçatanlığı cəmiyyətdə geniş müzakirə olunur.
BAKU.WS-in məlumtına görə, bir çox vətəndaş həm prosedurun çətinliyi, həm də yollayışların kimlərə və hansı şərtlərlə verilməsi ilə bağlı suallarını gündəmə gətirir.
Bu baxımdan sistemin daha şəffaf və hamı üçün əlçatan olması xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də həmkarlar ittifaqları sahədə yenilənmiş elektron mexanizmlər tətbiq edərək müraciət prosesini sadələşdirməyə və subsidiyaların kimlərə şamil olunduğunu daha dəqiq göstərməyə çalışır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) BAKU.WS-in sorğusuan cavab olaraq bildirilib ki, vətəndaşlara sağlamlıq və istirahət mərkəzlərinə yollayışların vahid məkanda "bir pəncərə" sistemi əsasında verilməsi üçün "Kurort" Turizm İnformasiya Mərkəzi yaradılıb:
"Bu sahədə təkmilləşdirmə prosesinin davamı olaraq, şəffaflıq, əlçatanlıq və operativlik baxımından müasir və mütərəqqi sistem olan "e-ahik.az" platforması istifadəyə verilib. Artıq müraciətçilər yollayışları daha sürətli və şəffaf şəkildə, insan təması olmadan elektron sistem vasitəsilə əldə edirlər.
Yollayışlar tam ödənişli, qismən ödənişli və ödənişsiz olmaqla müxtəlif kateqoriyalar üzrə təqdim edilir. Ödənişsiz yollayış almaq hüququ şəhid ailələrinin üzvlərinə, I və II qrup əlillərə və I qrup əlilləri müşayiət edən şəxslərə, müharibə iştirakçılarına aiddir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Marketdə satılan yumurtanın köhnə və ya təzə olmasını necə ayrıd edək? - RƏSMİ CAVAB
Son zamanlar mağazalarda satılan yumurtaların təzəliyi ilə bağlı bəzi narahatlıqlar ifadə olunur. BAKU.WS-in məlumatına görə, xüsusilə qiymətlərin dəyişməsi və...