İsmayıllıda çaylarda daşqınlara qarşı qabaqlayıcı tədbirlər görülür
İsmayıllı rayonunda mərkəz və ətraf yaşayış məntəqələrini sel sularından mühafizə etmək məqsədi ilə çaylarda məcraların tənzimlənməsi işlərinə başlanılıb
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin 6 ayı ərzində İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi çay məcralarında buldozerlə 146 m3 sahədə tənzimləmə işləri görüb. Hazırda texnikalar vasitəsi ilə Ax-ox çayda sahil bərkitmə işlərinə başlanılıb. Bu çayda artıq dördüncü dəfədir ki, tədbirlər aparılır. Buna səbəb yaz aylarında yağan güclü yağışlar nəticəsində mühafizə zolaqlarının dağılmasıdır.
Ax-ox çayda 40 kilometrdən artıq sahil mühafizə bəndi vurulub və bu işlər davam etdirilir.
Qeyd edək ki, İsmayıllı Su Meliorasiya Sistemləri İstismarı idarəsinin 8833 hektar fiziki suvarılan sahəsi var. Bundan 492 hektar mexaniki üsulla suvarılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslər iki iş yerində çalışa bilər
Azərbaycan qanunvericiliyinə görə, hər bir işçi əmək hüquqları baxımından sərbəstdir və məcburi əməyə cəlb edilə bilməz. Hər kəs bilik və bacarığına uyğun olara...