İşğaldan azad edilmiş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ - Bir həftəlik məhdudlaşdırılıb
Yaxın günlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçiriləcək dövlət tədbiri ilə əlaqədar 30 iyun-6 iyul tarixlərində "Yolumuz Qarabağa" portalında 9 istiqamətdə - Suqovuşan, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam və Laçına hərəkət etmək üçün icazə verilməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bu barədə vətəndaşlara əvvəlcədən SMS bildiriş göndərilib.
Zəngilan və Cəbrayıl rayonlarına səfərlə bağlı isə heç bir məhdudiyyət tətbiq olunmayıb.
Oxşar xəbərlər
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyunun 10-da gecə və səhər saatla...