Instagram Reels artıq televizorlarda izlənilə biləcək
Instagram platforması "Reels" videolarını televizorlarda izləmək imkanını təqdim etməyə hazırlaşır.
BAKU.WS xəbər verir ki, bu barədə şirkətin rəhbəri Adam Mosseri "Bloomberg" konfransında açıqlama verib.
Yeni tətbiq sayəsində istifadəçilər telefonlarda olduğu kimi, televizor vasitəsilə də şaquli videoları asanlıqla izləyə biləcəklər.
Mosserinin sözlərinə görə, insanlar getdikcə daha çox məzmunu televizordan izlədiyi üçün Instagram bütün cihazlarda əlçatan olmağı hədəfləyir. O, platformanın əsas məqsədinin film və idman yayımı deyil, istifadəçi videolarını təqdim etmək olduğunu vurğulayıb.
Şirkət hazırda Reels videolarının geniş ekranda keyfiyyətli və rahat görünməsi üzərində işləyir. Yeniliyin nə vaxt istifadəyə veriləcəyi isə hələlik açıqlanmayıb.
Oxşar xəbərlər
Nigar Arpadarai tərbiyə məqsədilə uşağa zorakılığa görə valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxıb
Uşağa tərbiyə məqsədilə zorakılığa görə qanunvericiliyə dəyişiklik mübahisə yaradıb, deputat Nigar Arpadarai buna görə valideynin cəzalandırılmasına qarşı çıxıb...