İnformasiya yorğunluğunun əsas ƏLAMƏTLƏRİ
Mütəxəssislər xəbərdarlıq edir ki, sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək və davamlı informasiya axını psixoloji yorğunluğa səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, xüsusilə qısa videolar və fasiləsiz xəbər izləmək insan beyninin həddindən artıq yüklənməsi ilə nəticələnir.
Psixoloqlar bildirirlər ki, informasiya yorğunluğunun əsas əlamətləri arasında sosial şəbəkələrdən sonra özünü fiziki və emosional cəhətdən halsız hiss etmək, yeni oxunan məlumatı tez unutmaq, gündəlik qərar verməkdə çətinlik çəkmək və emosional boşluq hissi yer alır.
Qeyd olunur ki, beyin həddindən artıq məlumat qəbul etdikdə enerjisini vacib olmayan siqnalları emal etməyə və narahatlığı azaltmağa sərf edir. Nəticədə insan oxuduğu xəbəri qısa müddət sonra xatırlamır və diqqətini toplamaqda çətinlik yaşayır.
Mütəxəssislərin sözlərinə görə, "nəyisə qaçırmaq qorxusu" da daimi gərginlik yaradır. Bu vəziyyət beynin eyni anda bir neçə mürəkkəb məlumatı emal etməsini çətinləşdirir və yorğunluğu daha da artırır.
Psixoloqlar informasiya yüklənməsinin qarşısını almaq üçün gün ərzində sosial şəbəkələrə baxmaq üçün məhdud zaman ayırmağı tövsiyə edirlər. Bildirilir ki, müəyyən vaxt rejiminə əməl etmək bir neçə gün ərzində narahatlıq hissinin azalmasına kömək edə bilər.
Oxşar xəbərlər
Yenidən qurulan Ağdamdan ürəkaçan görüntülər: "Vətən həsrəti ilə böyüdük, amma..."
Ağdam şəhərində "Ağıllı şəhər" konsepsiyası çərçivəsində inşa olunan ikinci yaşayış kompleksində 1 268 mənzil tikilib. Kompleksdə bir, iki, üç və dördotaqlı mən...