İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb
27
iyl
2026
14:37
Azərbaycanda bu ilin birinci yarımilində 331 işəgötürən 815 kişiyə ödənişli atalıq məzuniyyəti verib.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir.
İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) elektron qaydada rəsmiləşdirilir.
Oxşar xəbərlər
Azərbaycana bu ölkələrdən balıqlar gətirilir - SİYAHI
Balıq bazarında məhsulun mənşəyi və satış qiymətləri istehlakçıların diqqətini çəkən məsələlərdəndir. Yerli təsərrüfatlarda yetişdirilən balıqlarla xaricdən gə...