İcra başçısı yeni sektor müdiri təyin etdi
Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.
Sərəncamla Vüsal Əliyev Aparatın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini - Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, daha əvvəl bu vəzifədə İskəndər Cahangir-zadə çalışıb və o, bir müddət əvvəl vəzifəsindən azad edilib.
Qeyd edək ki, V.Əliyev bu təyinatdan əvvəl "Bakı Telefon Rabitəsi" MMC-nin 6 saylı Rabitə Xidmət Mərkəzində rəis müavini vəzifələrində çalışıb.
Oxşar xəbərlər
"Formula 1" yarışı ilə əlaqədar küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub. Bu barədə BAKU.WS-ə Bakı Şəhər Ha...