İcra başçısı Bakıxanov, Zabrat və Nardarandakı nümayəndələrinin yerlərini dəyişdirdi
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının bəzi qəsəbələr üzrə nümayəndələri dəyişdirilib.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Adil Vəliyev müvafiq əmrlər imzalayıb.
Məlumata görə, nümayəndələrin yerdəyişmələri rayonun Bakıxanov, Zabrat və Nardaran qəsəbələri üzrə aparılıb.
Belə ki, Həmid Qalayev başçının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilib. O, başçının Zabrat qəsəbəsində nümayəndəsi təyin olunub.
Məhəmməd Əsədov isə başçının Nardaran qəsəbəsinin nümayəndəsi vəzifəsindən çıxarılıb və Bakıxanov qəsəbəsinə nümayəndə göndərilib.
Zülfüqar Mirzəliyev Zabrat qəsəbəsinin icra nümayəndəsi vəzifəsindən azad olunub və Nardaranın qəsəbəsi üzrə nümayəndə təyin edilib.
Oxşar xəbərlər
Sabah Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
Bakı və Sumqayıtın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bununla bağlı "Azərişı...