İçməli suyun verilməsi ilə bağlı XƏBƏRDARLIQ - Bu ərazilərdə...
20
avq
2025
19:05
Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq su təchizatında məhdudiyyətlər tətbiq ediləcək.
Sumqayıt Sukanal idarəsindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 20-də saat 21:00-dan etibarən, 21 avqust səhər saatlarına qədər H.Z.Tağıyev qəsəbəsi (K. Kərimov küçəsi) və St Sumqayıt yaşayış massivinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Aidiyyəti qurumlar vətəndaşlardan anlayışlı olmalarını xahiş ediblər.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığına qarşı bir sıra rayonlarda monitorinqlər aparılıb
Qəhvəyi mərmər bağacığına qarşı Gəncə şəhəri, eləcə də Samux rayonunun Zazalı və Çobanabdallı kəndlərində monitorinqlər aparılıb. Bu barədə BAKU.WS-ə Azərbaycan...