Hüseyn Hüseynov: "Azərbaycan rəqəmsal inkişafı strateji prioritetə çevirir"
Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişafını əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirib.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda keçirilən "Technovation" Forumunda deyib.
O bildirib ki, rəqəmsal transformasiya Azərbaycan üçün yalnız gələcəyə hesablanmış bir məqsəd deyil, həm də ölkənin hazırkı strateji prioritetləri sırasında yer alır:
"Son iki onillik ərzində həyata keçirilən məqsədyönlü investisiyalar, müasir infrastruktur layihələri və islahatlara əsaslanan biznes mühiti uzunmüddətli inkişaf üçün möhkəm zəmin formalaşdırıb. Bu gün qeyri-neft sektoru iqtisadiyyatın əsas dayaqlarından biri kimi çıxış edir və iqtisadi artımın başlıca hərəkətverici qüvvəsi olaraq qalır. Bununla bağlı məqsədimiz aydındır: iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, innovasiyalara əsaslanan inkişaf modelini gücləndirmək və gələcəyin çağırışlarına cavab verən rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq. Bu hədəflərə çatmaq üçün rəqəmsal transformasiya iqtisadi gündəliyimizin mərkəzində yer alır".
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...