Hökümə Əliyevanın qardaşı: "Onun adı fədakarlıq, ölümün üzünə dik baxmaq kəlmələri ilə bərabər çəkilir"
"Müasir dövrdə hamı Avropadan geyim, mədəniyyət öyrənir. Avropa da bizdən qəhrəmanlıq öyrənə bilər. Hökumə Əliyeva dünyaya sübut etdi ki, Avropa Azərbaycan xanımlarından qəhrəmanlıq öyrənə bilər".
BAKU.WS xəbər verir ki, bu sözləri Milli qəhrəman Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli II Fəxri xiyabanda jurnalistlərə açıqlaması zamanı bildirib.
O belə bir hadisənin 100-200 ildə bir yaşandığını vurğulayıb:
"Bacım həmişə qəhrəman olacağını deyirdi. Hökümə uşaqlıqdan, tələbəlikdən səbirli insan idi. Təyyarə qəzasında da o cür səbir nümayiş etdirdi, insanları təşvişə düşməyə səslədi və qəhrəmanlıqla həlak oldu. Bacımın qəhrəmanlığı ilə sona qədər fəxr edəcəyik. Biz onun fədakar olduğunu uşaqlıqdan bilirdik. Hökumənin adı fədakarlıq, ölümün üzünə dik baxmaq kəlmələri ilə bərabər çəkilir".
Ətraflı videoda:
Oxşar xəbərlər
Bakıda bu yollarda tıxac var
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayı...