Hibrid avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Gələn il BAHALAŞA BİLƏR
"Hibrid maşınlarla bağlı tətbiq edilən güzəştlər, yeni maşınlara və ya ili yeni olan avtomobillərə aiddir. Bu avtomobillərlə bağlı vergi güzəştləri var. Burada məqsəd hibrid avtomobillərinin Azərbaycana gətirilməsini sürətləndirmək idi".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, hər il Vergi Məcəlləsinə dəyişiklər edilir və dəyişiklərdə müəyyən güzəştlərin dairəsi genişləndirilir və ya yeni güzəştlər tətbiq olunur:
"Bu baxımdan gözlənilir ki, 2026-cı ildə Vergi Məcəlləsinə dəyişikliklər davam etdiriləcək. Təbii ki, ilin ikinci yarısı dəyişiklər tətbiq edilən zaman bu güzəşt müddətinin uzadılıb-uzadılmaması bəlli olacaq. Nəzərə almaq lazımdır ki, bu güzəştlər ili nisbətən köhnə olan avtomobillərin qiymətlərinə təsir göstərmir.
Əgər güzəştlər götürələrsə xərclərdə artımlar müşahidə edilə bilər. Əgər güzəştlər uzadılmazsa, ili yeni olan avtomobillərin qiymətlərinə təsir göstərəcək. Qiymət artımları avtomobilin qiymətindən asılı olaraq fərqli faizlə ifadə oluna bilər. Amma bu, Vergi Məcəlləsinin hansı dəyişiklərin edilməsindən asılı olacaq. Təbii ki, əgər güzəşt müddəti uzadılacaqsa, o zaman bu avtomobillərin ölkəyə idxalında və ya satış xərclərində hər hansı bir dəyişiklik baş verməyəcək".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycana Yaxın Şərqdən turist axını 22 %-ə yaxın artıb
Bu ilin yanvar ayında Azərbaycana Yaxın Şərq ölkələrindən 26 240 turist gəlib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisəd...