"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalan yolunda aparılan əsaslı təmir və yenidənqurma işləri davam edir.
Bu barədə BAKU.WS-ə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, uzun illər ərzində mürəkkəb hidrogeoloji şərait və qrunt sularının təsiri nəticəsində bu sahədə aşınmalar yaranmışdı. Təmir işləri çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur və infrastruktur daha dayanıqlı vəziyyətə gətirilir.
Dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır. Stansiyanın yenidənqurulması isə 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, "Həzi Aslanov" stansiyasına keçid funksiyası daşıyacaq "Y-17" stansiyasının inşası dövründə həyata keçiriləcək.
Qalereya
Oxşar xəbərlər
Bu tarixlərdə HAVA PİSLƏŞİR, yağış yağacaq, şimşək çaxacaq... - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Mil...