Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub.
BAKU.WS xəbər verir ki, tədbir Azərbaycan Alpinizm Federasiyası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən və dəniz səviyyəsindən 3751 metr hündürlüyündə olan Heydər Əliyev zirvəsinə qalxıblar.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi və Ekologiya, Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, həmçinin Azərbaycan Alpinizm Federasiyasının üzvləri iştirak ediblər.
Yürüşün əsas məqsədi Ulu Öndərin əziz xatirəsinin yad edilməsi, dağçılıq idmanının inkişafına töhfə verilməsi və sağlam həyat tərzinin təbliğidir. Tədbir iştirakçıları zirvədə Azərbaycan bayrağını dalğalandıraraq Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.
Qalereya
Oxşar xəbərlər
Xankəndidə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 10-da Qarabağ Universitetində müəllim...