Hesablama Palatası üç dövlət qurumunda yoxlama aparıb

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə kollegiya iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə palata məlumat yayıb.
Bildirilib ki, iclasda qurumun birinci yarımildə fəaliyyəti müzakirə edilib, müvafiq sənədə kənar dövlət maliyyə nəzarəti tədbirlərinə, həmçinin büdcə prosesində iştiraka dair icmal-statistik məlumatların daxil edildiyi, Hesablama Palatasının Strateji Planının icra vəziyyətindən bəhs edildiyi qeyd olunub. Müzakirələrin nəticəsinə əsasən 6 aylıq məlumatın, həmçinin bəzi nəzarət tədbirlərinin nəticələrinin rəsmi internet səhifədə yerləşdirilməsi qərara alınıb.
Daha sonra iclasda 3 nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatları müzakirə edilib. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub. Eyni zamanda, iclasda 1 nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.
Sonda gündəlikdə dayanan cari məsələlərə baxılıb.

Oxşar xəbərlər
Avqust ayı ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə...
Yaxın günlərdə Bakı şəhərində maqnit qasırğalarının artacağı proqnozlaşdırılır. BAKU.WS xəbər verir ki, mütəxəssislər xüsusilə avqustun ilk günlərində geomaqni...