Hesablama Palatası nöqsanları sistemləşdirmək üçün yeni mexanizm hazırlayır
Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti fəaliyyəti üzrə aşkar edilən nöqsanların təsnifləşdirilməsi ilə bağlı yeni sənəd layihəsi təqdim edib və onun ətrafında müzakirələr aparılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda Kollegiya üzvləri nöqsan təsnifatının məzmunu, nöqsanların sistemləşdirilməsi və altkateqoriyalara bölünməsi, bunun müvafiq İnformasiya Sistemində nəzərə alınması və gələcəkdə nöqsanlara dair vahid yanaşmanın tətbiqi imkanları, həmçinin nöqsanların qarşısının alınmasına yönəlmiş tövsiyələrin icrasına nəzarət mexanizmləri müzakirə edib.
Müzakirələrin nəticələrinə əsasən sədr kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə tapşırıqlar verib, iclasın sonunda gündəlikdəki məsələ üzrə müvafiq qərar qəbul edilib
Qalereya
Oxşar xəbərlər
Mənzil alanların diqqətinə - Bu halda pul tələb edə bilərsiniz
Çoxmənzilli binalardan mənzil alan şəxslərlə bina tikən şirkətlər arasında ən çox rast gəlinən mübahisələrdən biri mənzilin sahəsi ilə bağlıdır. Əksər hallarda...