Hesablama Palatası Elm və Təhsil Nazirliyində yoxlamalara başlayıb
 
                            Hesablama Palatası Elm və Təhsil Nazirliyində audit keçirir.
BAKU.WS xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq qurumdan bildirilib.
Qeyd edilib ki, Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Elm və Təhsil Nazirliyində audit həyata keçirir.
Audit nazirliyin fəaliyyətində təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, qurum Nazirliyin tabeliyində fəaliyyət göstərən "Təhsil Respublika İdman Mərkəzi" publik hüquqi şəxsdə də nəzarət tədbiri həyata keçirir.
Palatadan əlavə edilib ki, hər iki istiqamət üzrə audit prosesi hazırda davam edir.
Oxşar xəbərlər
Suriyadan qayıdan azərbaycanlılar DANIŞDILAR: "Keçmişdən gələcəyə dönmüş kimi hiss edirəm"
Suriyadan qayıdan azərbaycanlılar təəssüratlarını Azərbaycan Televiziyası (AzTV) ilə bölüşüblər. Onlar Xarici İşlər Nazirliyi (XİN) xətti ilə ölkəmizə geri dönd...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    