Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.
BAKU.WS Palataya istinadən xəbər verir ki, iclasda İclasda "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər əmlakın istifadə olunmasının auditinin nəticələri haqqında Auditor hesabatı" müzakirə edilib.
Müzakirələrin yekununda auditor hesabatı təsdiqlənib və aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə Agentliyin müvafiq tədbirlər görməsi barədə qərar qəbul olunub.
Kollegiya iclasında, həmçinin nəzarət tədbirinin başlanılması ilə bağlı proqram da müzakirə olunaraq təsdiq edilib.
Oxşar xəbərlər
Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı
Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. BAKU.WS xəbər verir ki, mərhumun yaxınlar...