Hava PİSLƏŞİR - Bu tarixlərdə güclü yağış, sulu qar yağacaq - XƏBƏRDARLIQ
02
iyn
2025
17:39
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq İyunun 2-si axşamdan 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
Oxşar xəbərlər
Azərbaycanda kimlərə nə qədər dəfn pulu verilir? - MƏBLƏĞLƏR
Azərbaycanda dəfn müavinətinin əhatə dairəsinin genişləndirilərək bütün vəfat edən vətəndaşlara şamil olunması təklif edilir. Hazırda bu ödəniş yalnız qanunveri...