Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə BAKU.WS-ə Agentlikdən bildirilib.
Xəbərdarlığa əsasən, oktyabrın 29-u günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 30-u gündüz saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2-3 m, sonrakı inkişafda 3-5 m. çatacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər
Süni intellekt 2030-da yarana bilər: Bəşəriyyət üçün fürsət, yoxsa risk?
Ekspertlərin fikrincə, insan səviyyəsində düşünə bilən güclü süni intellektin (AGI) 2030-cu illərdə yaradılması mümkün görünür. Bu sahəyə milyardlarla dollar sə...