Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu gecədən başlayaraq...
02
dek
2025
14:12
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 2-si axşamdan 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bakıda və Abşeron yarımadasında, Naftalan, Goranboy, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Qobustanda qısamüddətli qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Sürücülərə XƏBƏRDARLIQ - Görünüş məsafəsi məhdudlaşacaq
Sabah magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq. BAKU.WS xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 26-da Azərbayc...