Hansı bürclər daha yaxşı RƏHBƏR OLUR?

Hansı bürclər daha yaxşı RƏHBƏR OLUR?
Sosial 190

Rəhbərlik hər kəsin öhdəsindən gələcəyi bir iş deyil. Lider olmaq təkcə özünəinam deyil, həm də düzgün qərar vermək, komandaya rəhbərlik etmək və ətrafındakılara ilham vermək bacarığı tələb edir.

BAKU.WS xəbər verir ki, astroloqlar hesab edir ki, bəzi bürc nümayəndələri doğuşdan liderlik keyfiyyətlərinə malikdir. Onlar idarəçilikdə daha uğurlu olur və əksər hallarda yüksək vəzifələrə qalxırlar.

Tərəzi
Tərəzilər – diplomatik rəhbərlərdir. Onlar hər kəsi dinləməyi, müxtəlif fikirləri nəzərə almağı və kompromis tapmağı bacarırlar. Ədalətli və humanist münasibətləri ilə seçilirlər. Onların rəhbərlik etdiyi kollektivdə ahəng və sağlam iş mühiti üstünlük təşkil edir.

Oğlaq
Məqsədyönlü, intizamlı və məsuliyyətlidir. Oğlaqlar çətinlikdən qorxmur və məqsədə çatmaq üçün düzgün strategiya qururlar. Struktur və qayda onların əsas silahıdır. Onlar ciddi, lakin etibarlı rəhbərlərdir. Oğlağın idarə etdiyi yerdə xaosa yer yoxdur – hər şey nəzarətdədir.

Şir
Şirlər doğulmuş liderlərdir. Xarizmatik və iradəlidirlər. Ətrafındakılara ilham verə bilirlər, məsuliyyəti üzərlərinə götürməkdən çəkinmirlər və diqqət mərkəzində olmaqdan qorxmurlar. Onlar təkcə rəhbər yox, həm də dəstəkverici fiqurdur. Əgər komandada istedad varsa, Şir onu mütləq önə çəkəcək.

Əqrəb
İntuitiv, dərin düşüncəli və qərarlıdır. Əqrəblər təbiətcə strateqdir. Onlar vəziyyəti dərindən təhlil edir, sirr saxlamağı bacarır və ən çətin vəziyyətdə belə məqsədinə çatmağı bacarır. Onların avtoriteti danılmazdır və sərt tələbləri komandanı nəticəyə fokuslayır.

Qoç
Qoçlar aktiv, qərarlı və açıqdır. Onlar ani qərarlar verməkdən qorxmur və insanları arxalarınca apara bilirlər. Risk etməyə hazır olan Qoçlar yeniliklərə açıqdır. Bəzən impulsiv qərarlar versələr də, enerjiləri və təşəbbüskarlıqları ilə ətrafı arxalarınca aparmağı bacarırlar.

Qız
Dəqiq, təşkilatçı və analitik düşüncəyə malikdir. Qız bürcü nümayəndələri rəhbər vəzifələrdə diqqətcil yanaşmaları ilə fərqlənirlər. Onlar səliqəsizliyə və effektivsizliyə yol vermirlər. Qız rəhbərləri bəzən sərt təsir bağışlasa da, məhz onların sayəsində yüksək nəticələr əldə olunur.

Son xəbərlər