Hamiləlikdə rast gəlinən ağırlaşmalar - Həkimdən AÇIQLAMA

Hamiləlikdə rast gəlinən ağırlaşmalar - Həkimdən AÇIQLAMA
Sosial 62

"Hamiləlik qadınlar üçün təbii fizioloji bir haldır. Lakin hamiləliyin gedişatında ana və dölün sağlamlığına təhlükə yarada biləcək bəzi ağırlaşmalar baş verə bilər. Bunlara əsasən hamiləlik zamanı qanaxmalar, hamiləlikdə hipertenziv vəziyyətlər, erkən doğuluş, ekstragenital patologiyalar - ürək-damar sistemi xəstəlikləri, böyrək, qaraciyər, endokrin sistemi xəstəlikləri aid edilir".

BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Zinyət Muradova bildirib.

O əlavə edib ki, hamiləlik zamanı meydana çıxan ağırlaşma hallarının biri də hamiləliyin hipertenziv vəziyyətləridir:

"Hipertenziv vəziyyətlər dedikdə hamiləliyə qədər mövcud olan xroniki hipertenziya və hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsi, yəni hestasion hipertenziya, ana və dölün həyatı üçün hər hansı bir təhlükə yarada biləcək preeklampsiya və eklampsiya nəzərdə tutulur.

Xroniki hipertenziya dedikdə qadında ayrı-ayrı xəstəliklər nəticəsində yaranan vəziyyət başa düşülür. Əgər arterial təzyiqin yüksəlməsi hamiləliyin 20-ci həftəsindən sonra başlayarsa, bu patologiya sırf hamiləliyin fəsadı kimi qiymətləndirilir.

Preeklampsiyanın yayılma tezliyi 5-7 % təşkil edir. Preeklampsiya poliorqan çatışmazlığına səbəb olaraq böyrəkləri, qaraciyəri, baş beyini, qanın laxtalanma sistemini zədələmiş olur. Eyni zamanda, dölün ana bətnində inkişafının ləngiməsinə səbəb ola bilər.

Eklampsiya isə preeklampsiyanın ağırlaşan forması olaraq beyin pozğunluqları əlamətləri ilə özünü büruzə verir".

Oxşar xəbərlər

Son xəbərlər