Hacıqabulda Zəfər Bağı salınıb
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Şanlı Zəfərimizin beşinci ildönümü münasibəti ilə Hacıqabul Quşçuluq Şirkəti tərəfindən genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub, şirkət ərazisində Zəfər Bağı salınıb.
BAKU.WS xəbər verir ki, aksiyanın keçirildiyi ərazidə ilk öncə iməkcik təşkil olunub, ərazi yararsız tullantılardan təmizlənərək zeytun ağaclar əkilib, aqrotexniki qaydada qulluq işləri aparılıb.
Məlumat üçün bildirək ki, Zəfər Bayramı münasibəti ilə keçirilən iməclik şirkət ərazisində ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Tədbir çərçivəsində bayram münasibətilə Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, o cümlədən digər aztəminatlı ailələrə bayram sovqatları göndərilib. Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Qalereya
Oxşar xəbərlər
Nazir müavini: Sosial şəbəkələrdə dinlə bağlı yayılan məlumatlar bəzən radikallığa gətirir
Sosial şəbəkələrdə dinlə bağlı yayılan məlumatlar bəzən radikallığa gətirir çıxarır. BAKU.WS xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurban...