Hacı Əliyevə YÜKSƏK RÜTBƏ verildi
Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.
BAKU.WS xəbər verir ki, bu barədə idmançı özünün instagram hesabında paylaşım edib.
İdmançı qeyd edib ki, bu rütbə ona Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən təqdim olunub.
"Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən "mayor" rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.
Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm!" - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Çıxarışsız evlərə böyük MÜJDƏ: Dövlət qeydiyyatı ilə bağlı YENİ TƏKLİF
"Azərbaycanda çıxarışsız evlərin sayının 650-700 minə çatdığı ehtimal edilir. Bu əmlakların sənədləşdirilməsi məsələsinin mərhələli şəkildə həlli həm vətəndaşla...