"Haber Global" 20 Yanvar faciəsi ilə bağlı sujet hazırlayıb
"Haber Global" 20 Yanvar faciəsi ilə bağlı sujet hazırlayıb.
BAKU.WS xəbər verir ki, sujetdə faciədən 36 il ötdüyü vurğulanıb:
"Bu gün qardaş Azərbaycanın hüzn günüdür. 1990-cı il yanvarın 20-də insanlar Bakıya girən sovet tanklarının qarşısına keçdilər və sinələrini sipər etdilər. Hücum zamanı 147 nəfər şəhid oldu".
Vurğulanıb ki, Azərbaycanın müstəqillik tarixinə düşən 20 Yanvar dirənişi Sovet İttifaqının çöküşünü də sürətləndirdi:
"Azərbaycan xalqı vətən uğruna aovet tanklarının qarşısına silahsız çıxdı. Ancaq içərisində erməni əsgərlərin də olduğu tanklar heç kimə rəhm göstərmədi, qarşısına çıxanları əzib Bakıya girdilər. Küçələrdə ölüm saçdılar. Ancaq Azərbaycan xalqının zülmə boyun əymək niyyəti yox idi. Qanlarının son damlasına kimi sovet tanklarına dirəndilər. Moskva isə qan tökməyə davam etdi. O gecə uşaqlar, qadınlar qətl edildi. Yaralılara yardım üçün gələn həkimlərə belə atəş açıldı".
Oxşar xəbərlər
Qarlı hava şəraiti ölkədə sürücülərə gərgin anlar yaşadır
Çovğun nəticəsində Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunun hərəkət hissəsi qarla örtülüb, nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. BAKU.WS...