Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 34 əcnəbi deportasiya edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti tərəfindən ölkə ərazisində qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən kompleks tədbirlər nəticəsində 34 əcnəbi vətəndaş ölkədən deportasiya edilib.
BAKU.WS rport-a istinadən xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, deportasiya olunan şəxslər Hindistan, Türkiyə, Türkmənistan, Çin, Misir, İraq, Rusiya, İran, İordaniya, Pakistan, Azərbaycan, Nigeriya və Mərakeş vətəndaşlarıdır.
Onların Gürcüstanda qanuni əsaslar olmadan yaşadığı müəyyən edildikdən sonra ölkədən çıxarılması təmin olunub. Qanunvericiliyə əsasən, həmin şəxslərin Gürcüstana yenidən daxil olması da qadağan edilib.
Qeyd olunur ki, Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiya hallarının qarşısının alınması və bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
Bakıda sürücülər üçün 40 manatlıq "tələ"
Bakıda yol xətlərinin silinməsi və yenidən çəkilməsi zamanı yaranan çaşqınlıq sürücünün cərimələnməsinə səbəb olub. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müraci...