“Günün Yekunu” - 29 fevral 2020

“Günün Yekunu” - 29 fevral 2020
Sosial 497

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın terrorçu və işğalçı siyasətinə qarşı kütləvi etiraz aksiyası keçirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/81926

Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2005), "Qızıl dərviş" mükafatı laureatı Ağaxan Salmanlı dünyasını dəyişib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/81927

Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq martın 2-də Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/81930

Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda koronavirus faktı aşkarlanmış xəstənin son durumu ilə bağlı məlumat yayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/81933

Azərbaycanlı karateçi Rafael Ağayev Tokio 2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/81939

Türkiyə Hava Qüvvələri Suriya ərazisinə hava hücumları təşkil edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/81940

Bu günlərdə Rusiya Rəssamlıq Akademiyasında Rəyasət Heyətinin iclası zamanı Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, Azərbaycanın əməkdar incəsənət xadimi, qalereya sahibi Emin Məmmədov Akademiyanın fəxri üzvü statusu ilə təltif edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/81942

Oxşar xəbərlər

“Günün Yekunu” - 27 fevral 2020

“Günün Yekunu” - 27 fevral 2020

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. "Gürcüstanın Azərbaycanla sərhədləri bağ...

344 Sosial 22:00 27 fevral 2020

Son xəbərlər