Günəşdə partlayış qeydə alınıb

Günəşdə partlayış qeydə alınıb
Sosial 105

Aprelin 23-də səhər saatlarında Günəşdə iki güclü partlayış baş verib.

BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı açıqlamanı Rusiya Tətbiqi Geofizika İnstitutu yayıb. Bildirilib ki, ilk partlayış Moskva vaxtı ilə saat 07:35-də (Bakı vaxtı ilə 08:35) 4419 nömrəli günəş ləkəsi qrupunda qeydə alınıb. M1.7 sinfinə aid olan bu partlayış rentgen diapazonunda baş verib və 28 dəqiqə davam edib.

İkinci partlayış isə Bakı vaxtı ilə saat 08:59-da 4420 nömrəli günəş ləkəsi qrupunda müşahidə olunub. M1.2 sinifli bu hadisə 18 dəqiqə davam edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Evdə işləyənlərdə ən çox bu ağrılar yaranır

Evdə işləyənlərdə ən çox bu ağrılar yaranır

Evdən işləyən insanlar uzun müddət hərəkətsiz vəziyyətdə kompüter qarşısında qaldıqları üçün daha çox bel və diz ağrılarından əziyyət çəkə bilərlər. BAKU.WS xəb...

35 Sosial 22:22 07 sentyabr 2026

Son xəbərlər