Günəşdə ardıcıl partlayışlar: Alimlər son aktivliyi açıqladı
02
iyl
2026
16:58
Günəşdə iyulun 2-də M sinfinə aid üç güclü alışma (partlayış) müşahidə olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 03:09-da 4478 nömrəli Günəş ləkəsi qrupunda 16 dəqiqə davam edən M8.5 gücündə partlayış qeydə alınıb. Daha sonra saat 04:02-də həmin qrupda 29 dəqiqə davam edən M1.1, saat 05:56-da isə 4479 nömrəli Günəş ləkəsi qrupunda 27 dəqiqə davam edən M4.2 gücündə alışma baş verib.
Məlumata əsasən, iyulun 1-də Günəşdə baş verən güclü partlayışların ümumi sayı 10-a çatıb.
Oxşar xəbərlər
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yox...