Dünən Bakıda 26 dərəcə isti olub
20
fev
2026
10:05
Fevralın 20-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı və küləkli keçib.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.
Düşən yağıntının miqdarı Naxçıvan, Şahbuz, Astara, Daşkəsən, Balakən, Qax (Sarıbaş), Xaçmaz, Zaqatala, Quba, Şahdağ, Sabirabadda 1 mm-dək qeydə alınıb.
Fevralın 19-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 18, Aran rayonlarında 25, dağlıq rayonlarda 15 dərəcəyədək isti müşahidə olunub.
Oxşar xəbərlər
Zülfiyyə Xanbabayeva: "Qızım məktəbdə oxuyanda da şagirdlərin formalarının eyni olmasını istəyirdim"
"Məktəblilərin eyni formada geyinməsi təhsil mühitində bərabərliyin qorunması baxımından vacibdir. Vahid məktəbli forması uşaqlar arasında geyimə görə fərqlərin...