Goranboyun Nizami və Xoylu kəndlərinin sakinləri sursat anbarında yanğınla bağlı təxliyə ediliblər
Gecə saatlarında Goranboy rayonunda sursat anbarında yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un Qərb bürosuna Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, ümumilikdə təxliyə olunanların sayı 5 min nəfər təşkil edir.
Bildirilib ki, Nizami kəndinin girişində post quraşdırılıb.
Baş verən yanğından sonra sakinlərin evlərinə hər hansı ziyan dəyməyib.
Onun sözlərinə görə, yanğın hazırda davam edir:
"Müəyyən partlayış səsləri də eşidilir. Əlavə məlumat olarsa, bu barədə ictimaiyyətə bildiriləcək".
Oxşar xəbərlər
İribuynuzlu heyvanı Latviyadan 11 min, Gürcüstandan 531 manata almışıq
Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 5 min 356 baş safqanlı cins diri iribuynuzlu ev heyvanı, həmçinin 28 min 698 baş ətlik və digər iribuynu...