Göldə balıqların kütləvi ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Göldə balıqların kütləvi ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Sosial 106

"Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad rayonunun Pərdi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı açıqlama yayıb".

BAKU.WS-ə daxil olan məlumatda bildirilir ki, Cəlilabad rayonunun Pərdi kəndində yerləşən və kənd əhalisinin ümumi  təsərrüfat məqsədləri üçün istifadə olunan, yağış suları ilə qidalanan, təxminən 40-50 sm dərinliyə malik göldə balıqların kütləvi tələf olması faktı qeydə alınıb. 

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı ölmüş balıqlar arasında əsasən Daban balığı (Carassius carassius) və Çapaq (Rutilus rutilus) növlərinin olduğu müəyyən edilib. Hadisənin səbəblərini dəqiqləşdirmək məqsədilə göldən su nümunələri götürülüb, eləcə də ölmüş balıqlara pataloji yarma əməliyyatları aparılıb.

Nümunələrin götürülməsi zamanı göldə suyun temperaturu 34°C qeydə alınıb. İlkin ehtimallara görə, balıqların kütləvi tələf olmasına səbəb kimi havaların kəskin istiləşməsi fonunda su hövzəsində oksigen çatışmazlığı göstərilir. Bu vəziyyət xüsusilə dayaz və durğun sular üçün xarakterik olub, balıqların həyatı üçün ciddi risk yarada bilər.

Araşdırmalar davam etdirilir və laborator nəticələr əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək".

Son xəbərlər