"Global Media Group"un təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib

Global Media Groupun təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
Foto
Sosial 83

Ətraf mühitin mühafizəsinə və davamlı inkişafa xüsusi önəm verən "Global Media Group"un təşəbbüsü ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası təşkil olunub.

BAKU.WS xəbər verir ki, 22 aprel 2025-ci il tarixində keçirilmiş aksiya Qrupa daxil olan şirkətlərin iştirakı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutub.

"Global Media Group" olaraq, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdə iştirak etməkdən məmnunluq duyuruq. Davamlı inkişaf prinsiplərinə sadiq qalaraq, həyata keçirdiyimiz bu ağacəkmə aksiyası ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin olunmasına yönəlmiş kompleks fəaliyyətlərimizin bir hissəsidir. Bu kimi təşəbbüslər vasitəsilə həm ekoloji dəyərlərin cəmiyyətdə təşviqinə, həm də gələcək nəsillər üçün daha sağlam və dayanıqlı mühitin formalaşdırılmasına töhfə veririk", – "Global Media Group"un İdarə Heyətinin üzvü Rövşən Nizamov bildirib.

"Global Media Group"un marketinq direktoru Laura Seyidbəyova qeyd edib ki, ekoloji maarifləndirmə, ətraf mühitin qorunması "Global Media Group"un korporativ sosial məsuliyyət strategiyasının bir hissəsidir:

"Biz müxtəlif təşkilatlarla əməkdaşlıq edərək daha gücü və dayanıqlı nəticələrin əldə olunmasına çalışırıq. "Global Media Group" hər il ənənəvi olaraq müxtəlif ekoloji aksiyalar təşkil edir. Biz, Azərbaycanın ən böyük media qurumlarından biri olaraq, hər kəsi "Yaşıl gələcək birlikdə kök salır" şüarı ilə ölkəmizin yaşıllaşdırılmasında iştirak etməyə və ətraf mühitin mühafizəsinə töhfə verməyə səsləyirik".

"Yaşıl gələcək birlikdə kök salır" şüarı ilə həyata keçirilmiş aksiya çərçivəsində ərazidə iqlim şəraitinə uyğun 500-dən çox müxtəlif növ ağac əkilib. Tədbirdə "Global Media Group"un rəhbər heyəti və əməkdaşları iştirak ediblər. Təşəbbüsün əsas məqsədi ekoloji davamlılığın təmin edilməsi, ətraf mühitin yaşıllaşdırılması və təbii resursların qorunmasına töhfə verməkdir.

Dayanıqlılıq siyasəti BMT-nin Qlobal Sazişinə üzv olan "Global Media Group"un Korporativ Sosial Məsuliyyət strategiyasının əsas tərkib hissəsini təşkil edir. O cümlədən, Qrup ətraf mühitin qorunması və ekoloji maarifləndirmə layihələrinin uğurla icrasına səy göstərir, dayanıqlı nəticələrin əldə olunmasını hədəfləyir.

Xatırladaq ki, "Global Media Group" 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərən ən böyük media-holdinqlərdən biridir. "Global Media Group"a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. "Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.

Son xəbərlər