"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi "Fərdi jurnalist müsabiqəsi"ndə qaliblərin siyahısında "Global Media Group" şirkətlər qrupunun tərkibinə daxil olan media qurumlarının altı əməkdaşı var.
BAKU.WS xəbər verir ki, qaliblər arasında "Report"un əməkdaşları Sevil Gülməmmədova (ən yaxşı ictimai-siyasi təhlil) və Səlcuq Elçin (ən yaxşı jurnalist araşdırması) var.
Bundan başqa "Oxu.az" saytının əməkdaşı Məhərrəm Əliyev (ən yaxşı reportaj) "Kaspi" qəzetinin əməkdaşı Aygün Cəfərova (ən yaxşı müsahibə), "Baku TV"dən isə Ceyhun Piriyev (Ən yaxşı sosial-iqtisadi reportaj) və Sümbül Hüseynova (Ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj) nominasiyaları üzrə qalib olub.
Oxşar xəbərlər
Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib
Ağsu aşırımında baş verən sürüşmə avtomobil yoluna da təsirsiz ötüşməyib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində, yolun 147 və 1...