Gəncədə avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi

AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf qəsəbələr üzrə ictimai nəqliyyata əlçatanlığın və sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə ümumilikdə 22 avtobus marşrutu - 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli şəhərdaxili, G1 və G2 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə elan olunmuş müsabiqənin qalibləri müəyyən edilib.
4 nömrəli şəhərdaxili (İmamzadə türbəsi – Cümhuriyyət prospekti) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
14 nömrəli şəhərdaxili (Qızılqaya qəsəbəsi (Aydın Nəbiyev küçəsi) – N.Nərimanov küçəsi (Parkın ətrafı)) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
7 nömrəli şəhərdaxili (Poçt qəsəbəsi – Şəhidlər Xiyabanı (R20 Gəncə - Daşkəsən avtomobil yolu)) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
6 nömrəli şəhərdaxili (Şıxzamanlı qəsəbəsi – Bağmanlar küçəsi) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
G2 nömrəli şəhərətrafı (Göygöl avtostansiyası N.Nərimanov küçəsi (Parkın ətafı)) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
5 nömrəli şəhərdaxili (Yusif Məmmədəliyev küçəsi – Vidadi Qocayev küçəsi) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
11 nömrəli şəhərdaxili (Məhsəti qəsəbəsi (H.Verdiyev küçəsi) – "Kəlbəcər" şəhərciyi) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
13 nömrəli şəhərdaxili (Gəncə Beynəlxalq Avtovağzalı (Şəmkir istiqamətində) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində)) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
8 nömrəli şəhərdaxili (Dəmiryol deposu (Zaur İsmayılov küçəsi – Qırmızı kənd qəsəbəsi (İstanbul küçəsi)) marşrut üzrə hüquqi şəxs "Azər-Avtonəqliyyat" ASC;
2 nömrəli şəhərdaxili (Heydər Əliyev prospekti – Şah İsmayıl Xətai prospekti - Dədə Qorqud küçəsi) dairəvi marşrut üzrə hüquqi şəxs "Azər-Avtonəqliyyat" ASC;
10 nömrəli şəhərdaxili (Poçt qəsəbəsi – N.Nərimanov küçəsi (Parkın ətrafı)) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
12 nömrəli şəhərdaxili (Gəncə Dəmiryol vağzalı - 1 nömrəli şəhər xəstəxanası) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
G1 nömrəli şəhərətrafı (Göygöl şəhər Mərkəzi Xəstəxanası – N.Nərimanov küçəsi (Parkın ətrafı)) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
15 nömrəli şəhərdaxili (Mərkəzi Klinika Gəncə Xəstəxanası – Gəncə Avtovağzalı (Yevlax istiqamətində)) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
1 nömrəli şəhərdaxili (Gəncə Dəmiryol vağzalı – Yeni Gəncə (28 May prospekti)) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
3 nömrəli şəhərdaxili (Yeni Gəncə (28 May prospekti – Cümhuriyyət prospekti) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
9 nömrəli şəhərdaxili (Təbriz küçəsi – "Kəlbəcər" şəhərciyi) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
16 nömrəli şəhərdaxili (Məhsəti qəsəbəsi (Ələkbər bəy Xasməmmədov küçəsi) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
19 nömrəli şəhərdaxili (Vidadi Qocayev küçəsi – Şah İsmayıl Xətai prospekti ("Grand" bazar)) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
17 nömrəli şəhərdaxili (Mərkəzi Klinika Gəncə Xəstəxanası – İ.Kazımov küçəsi (Çəngəl-Bıçaq zavodu) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
18 nömrəli şəhərdaxili (N.Nərimanov küçəsi (Parkın ətrafı) – Cavadxan qəsəbəsi (Kərim bəy Mehmandarov küçəsi)) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC;
20 nömrəli şəhərdaxili (Ə.Xəqani küçəsi (Hərbi hissə) – N.Nərimanov küçəsi (Parkın ətrafı)) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC qalib elan olunublar.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Oxşar xəbərlər
Bakıda evlərdə sakinlər yaşadığı halda söküntü işləri aparılır
"Vətəndaşlar yaşaya-yaşaya evlərini sökürlər". BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, belə iddia ilə "Kubinka" kimi tanınan ərazinin sakinləri çıxış edib...