Gələn il "Vəkil evi" - Vəkillər Kollegiyasının yeni inzibati binasının açılışı olacaq
Gələn il "Vəkil evi" - Vəkillər Kollegiyasının yeni inzibati binasının açılışı olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov "Vəkil Günü" peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, VK-nın vəsaiti ilə "Vəkil evi"ndə tikinti və əsaslı təmir işləri davam etdirilir:
"Ən müasir tələblərə uyğun inşa olunan bina vəkilliyin institusional inkişafına, həmçinin Kollegiyanın fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün mühüm baza rolunu oynayacaq".
VK sədri həmçinin bildirib ki, Azərbaycan vəkilləri bu gün çox uğurla fəaliyyət göstərirlər:
"Növbəti illər üçün təlimlərin sayının artırılmasını və vəkillərin fəaliyyətinin inkişafına hədəflənmişik".
Oxşar xəbərlər
Konsulluğumuz Zeynəb Cavadlı məsələsini - Nəzarətə götürdü
Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı eks-gimnast Zeynəb Cavadlı ilə bağlı məsələ nəzarətə götürülüb....